“Atletik”də yeni anlaşma
16.02.2022 - 18:01
“Atletik” futbolçusu Dani Qarsiya ilə müqaviləni uzadıb.
Apasport.az saytının məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi ilə yeni anlaşma 2024-cü ilin yayında başa çatacaq.
İspaniyalı futbolçu 2018-ci ildən Bilbao təmsilçisinin şərəfini qoruyur. O, bu kluba “Eybar”dan keçib.
Qeyd edək ki, Qarsiya cari mövsüm 29 matçda meydana çıxıb. Onun aktivində 1 assist var.
0
0