“Atletiko” 18 yaşlı hücumçu alır
18.02.2022 - 17:51
“Atletiko” 18 yaşlı hücumçu alır

“Atletiko” yayda heyətinə yeni hücumçu qatacaq.

Apasport.az saytının məlumatına görə, “Porto”nun forvardı Qabriel Karvalyo karyerasını Madrid təmsilçisində davam etdirəcək.

Onun keçidi ilə bağlı artıq razılıq əldə olunub. 18 yaşlı futbolçu yeni klubuna azad agent kimi keçəcək.

“Atletiko” portuqaliyalı forvardla 4 illik müqavilə imzalayacaq. O, 2026-cı ilin yayına qədər İspaniya klubunda çıxış edəcək. Futbolçunun müqaviləsində sərbəstqalma məbləği kimi 40 milyon avro göstəriləcək.