“Atletiko” mövsümün sonunda baş məşqçi dəyişikliyinə əl ata bilər.
Apasport.az saytının məlumatına görə, buna səbəb hazırkı çalışdırıcı Dieqo Simeonenin klubdan ayrılmaq variantını nəzərdən keçirməsidir.
Madirdlilər argentinalı mütəxəssisin qalmasında maraqlıdır. Ancaq Simeone getməkdə israrlı olarsa, onun istefası qəbul olunacaq. La Liqa təmsilçisi yeni baş məşqçisini də artıq müəyyənləşdirib. Əgər Simeone istefa versə, o zaman “Barselona”nın sabiq çalışdırıcısı Ernesto Valverde ilə danışıqlar aparılacaq.
Qeyd edək ki, Valverde 2017-2020-ci illərdə “Barselona”ya rəhbərlik edib. Simeone isə 2011-ci ildən “Atletiko”nun sükanı arxasındadır.