“Atletiko” daha bir türkiyəli futbolçu ilə maraqlanır
13.12.2021 - 23:27
“Atletiko” daha bir türkiyəli futbolçu ilə maraqlanır

“Qalatasaray”ın futbolçusu Kerem Aktürkoğlu ilə maraqlanan komandaların sayı durmadan artır.

Apasport.az saytının məlumatına görə, daha bir nəhəng klub Türkiyə millisinin üzvü ilə maraqlanır.

Söhbət Madrid “Atletiko”sundan gedir. Almaniya, Fransa, İspaniya və İtaliya təmsilçilərinin gündəmində olan 23 yaşlı hücumçu uğrunda mübarizəyə qoşulan “Atletiko” vaxt itirmədən “Qalatasaray”la təmasa keçib. Baş məşqçi Dieqo Simeonenin israrla sərəncamında görmək istədiyi forvard müqabilində La Liqa klubu 14 milyon avro təklif edib.

Qeyd edək ki, daha əvvəl Türkiyə yığmasının sabiq kapitanları Emre Belözoğlu və Arda Turan “Atletiko”nun formasını geyinib.