“Ayaks”ın yetirməsi 29 yaşında öldü
09.05.2022 - 17:19
“Ayaks”ın sabiq futbolçusu Codi Lukoki vəfat edib.
Apasport.az saytının məlumatına görə, Konqo DR yığmasının sabiq üzvü 29 yaşında ölüb.
Onun ölüm səbəbi dəqiqləşməyib. Codinin son klubu “Tvente” olub. O, ötən yay bu komandaya qoşulub. Lakin zədə səbəbindən Enshede təmsilçisində debüt edə bilməyib.
Qeyd edək ki, “Ayaks”ın yetirməsi olan Lukoki əsas komandada 2011-ci ildə debüt edib.
0
0