“Barselona” “Liverpul”luya elçi düşdü
10.05.2022 - 10:42
“Barselona” “Liverpul”luya elçi düşdü

Yay transfer pəncərəsində heyətində ciddi islahatlar aparmağı planlaşdıran “Barselona” daha bir hücumçunun keçidində maraqlıdır.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu Sadio Maneni heyətinə qatmaq niyyətindədir.

La Liqa təmsilçisi “Liverpul”un seneqallı hücumçusu Xavinin bəyəndiyi oyunçulardandır. Klub rəhbərliyi də 30 yaşlı afrikalının keçidini həll etmək istəyir.

Qeyd edək ki, Sadio “Liverpul”a 2016-cı ildə “Sauthempton”dan keçib.