“Barselona” PSJ-dən futbolçusunu geri qaytarır
15.11.2021 - 15:01
İspaniyanın “Barselona” klubu heyətinə daha bir futbolçu qatmağa hazırlaşır.
Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi Fransa PSJ-sindən Xavi Simonsun keçidini həll etmək niyyətindədir.
18 yaşlı yarımmüdafiəçi “Barselona”nın öz yetirməsidir. Onun parislilərlə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. İspaniya nəhəngi futbolçunun agenti Mino Rayola ilə müzakirələr aparıb. Klub rəhbərliyi həmin vaxt futbolçunun azad agent statusu almasından yararlanmağı planlaşdırır.
Qeyd edək ki, 2019-cu ilin yayında PSJ-yə keçən Simons cəmi 2 oyunda meydana çıxıb.
0
0