“Mançester Siti”nin hücumçusu Ferran Torresin “Barselona”ya keçidi rəsmiləşmək üzrədir.
Apasport.az saytının məlumatına görə, Kataloniya klubu 21 yaşlı forvardın transferini açıqlayacağı günü müəyyənləşdirib.
La Liqa təmsilçisi dekabrın 27-də İspaniya millisinin üzvü ilə anlaşdığını bəyan edəcək. Ertəsi gün isə gənc futbolçunun rəsmi təqdimatı baş tutacaq. “Barca” ingilislərə 55 milyon avro ödəyəcək. Müqavilədə həmçinin 10 milyon avroluq bonus şərti də yazılacaq. Torres yeni komandası ilə uzunmüddətli sazişə qol çəkəcək.
Qeyd edək ki, Ferran Torres “Mançester Siti”yə 2020-ci ildə “Valensiya”dan keçib.