“Barselona” daha bir müqavilə hazırlığı
16.05.2022 - 18:24
“Barselona” daha bir müqavilə hazırlığı

“Barselona” daha bir futbolçusu ilə müqavilə imzalamağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu yarımmüdafiəçisi Qavini uzun müddət komandada saxlayacaq.

Rəhbərlik 18 yaşlı orta sahə oyunçusunun meneceri ilə bu gün görüşərək yeni sözləşmənin detallarını müzakirə edib. Tərəflər 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilədə ortaq məxrəcə gəlmək üzrədir. Artıq sadəcə son detallar qalıb və xırda problemlərin də həlli üçün yaxın günlərdə növbəti görüş olacaq.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Qavinin hazırkı anlaşması 2023-cü ilin yayına qədərdir.