“Barselona” ilə “Bavariya”nı üz-üzə qoyan futbolçu
19.02.2022 - 18:35
“Çelsi”nin müdafiəçisi Andreas Kristensen hələ də gələcəyi ilə bağlı qərarını verməyib.
Apasport.az saytının məlumatına görə, ulduz futbolçu artıq iki klubdan təklif alıb.
26 yaşlı arxa xətt oyunçusu uğrunda “Bavariya” və “Barselona” bir-birinə rəqib olub. Hər iki klub Danimarka millisinin üzvünə rəsmi təklif göndərib. İngilislər də öz növbəsində onun sözləşməsini yeniləməkdə maraqlıdır.
Qeyd edək ki, Kristensenin “Çelsi” ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.
0
0