“Barselona” müdafiəçisini itirdi
06.01.2022 - 17:49
“Barselona” itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, İspaniya klubu mərkəz müdafiəçisi Ronald Arauxonun xidmətindən məhrum olub.
O, “Linares”lə kubok oyununda zədələnib. Futbolçu bu üzdən bir neçə aylıq sıradan çıxıb.
Arauxo əsas komandada 2020-ci ildən çıxış edir. Müqaviləsi 2023-cü ilin yayınadək olan müdafiəçi cari mövsüm 14 matçda 2 qol vurub.
Qeyd edək ki, “Linares”i 2:1 hesabı ilə üstələyən “Barselona” 1/8 finala yüksəlib.
0
0