“Barselona” ucuz qiymətə müdafiəçi alır
23.12.2021 - 17:18
“Barselona” ucuz qiymətə müdafiəçi alır

“Barselona” heyətinə yeni futbolçu qatmağa hazırlaşır. 

Apasport.az saytının məlumatına görə, İspaniya nəhəngi Alexandro Fransesi transfer etməyi planlaşdırır.

Barselonalılar ucuz, lakin fayda verə biləcək oyunçular axtarır. “Saraqosa”nın müdafiəçisi də “Barselona”nın istədiyi tələblərə uyğun gəlir. 

19 yaşlı müdafiəçi cari mövsümün 16 matçında bir qol vurub. Onun “Saraqosa” ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.