“Barselona” müdafiəçisini itirdi
21.02.2022 - 12:19
“Barselona” müdafiəçisini itirdi

İspaniya La Liqasının XXV turunda “Valensiya” üzərində səfər qələbəsi qazanan “Barselona” bir futbolçusunu itirib.

Apasport.az saytının məlumatına görə, müdafiəçi Erik Qarsiya sıradan çıxıb.

Kataloniya klubunun səfərdə 4:1 hesablı qələbə qazandığı görüşün birinci hissəsində zədələnən 21 yaşlı mərkəz müdafiəçisi fasilədən sonra Oskar Mingeza ilə əvəzlənib. Onun Avropa Liqasının 1/16 final mərhələsinin “Napoli” ilə səfər matçında iştirakı sual altına düşüb. Buna tibbi müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, “Napoli” – “Barselona” oyunu fevralın 24-də keçiriləcək. Barselonadakı ilk görüşdə 1:1 hesabı qeydə alınıb.