“Barselona”da 17 yaşlı futbolçu 
30.12.2021 - 00:36
“Barselona”da 17 yaşlı futbolçu 

“Barselona” heyətinə daha bir futbolçu qatacaq.

Apasport.az saytının məlumatına görə, “Ayntraxt”ın 17 yaşlı hücumameylli yarımmüdafiəçisi Fabio Blanko İspaniya nəhənginə keçəcək.

Artıq gənc futbolçu ilə razılıq əldə olunub. O, bir müddət “Barselona”nın B komandasında çıxış edəcək.

Yayda “Real”la “Barselona”nın transfer etmək istədiyi istedad Almaniya klubuna keçməyə üstünlük vermişdi. Bundesliqa klubunda oyun praktikası qazanmaqda çətinlik çəkən Blanko potensialını İspaniyada açmağa qərar verib.