“Barselona”da 4-cü yoluxma
29.12.2021 - 11:30
“Barselona”da 4-cü yoluxma

“Barselona”nın daha bir futbolçusu koronavirusa yoluxub.

Apasport.az saytının məlumatına görə, bunu İspaniya nəhənginin mətbuat xidməti açıqlayıb.

Alexandro Baldenin testi müsbət nəticələnib. 18 yaşlı futbolçu La Liqa təmsilçisinin koronavirusa yoluxan 4-cü oyunçusudur.

Ona qədər Klemen Lanqle, Dani Alves və Jordi Albanın testləri müsbət nəticələnib. Bu üç oyunçu kimi Balde də təcrid olunub.

Qeyd edək ki, “Barselona” növbəti matçını yanvarın 2-də “Malyorka”ya qarşı keçirəcək.