“Barselona”da itki – “Napoli”yə qarşı oynamayacaq
16.02.2022 - 15:20
“Barselona”da itki – “Napoli”yə qarşı oynamayacaq

Ronald Arauxo “Barselona”nın Avropa Liqasındakı oyununu buraxacaq.

Apasport.az saytının məlumatına görə, müdafiəçi “Napoli” ilə pley-offun ilk qarşılaşmasında oynaya bilməyəcək.

22 yaşlı futbolçu “Espanyol”la çempionat oyununda (2:2) zədələnib. Bu üzdən Arauxo komandasının məşqlərinə də qatıla bilmir. Onun fevralın 20-də “Valensiya” ilə görüşə hazır olacağı gözlənilir. 

Qeyd edək ki, “Barselona” “Napoli” ilə sabah qarşılaşacaq.