“Barselona”da istefa
08.02.2022 - 14:58
“Barselona”da istefa reallaşıb.
Apasport.az saytı xəbər verir ki, kataloniyalıların baş direktoru Ferran Reverter vəzifəsini tərk etmək qərarına gəlib.
Reverter klub prezidenti Joan Laporta ilə görüşdə şəxsi səbəblərə görə, ayrılmaq istədiyini bildirib. Yeni baş direktor təyin olunduqdan sonra bu istefa qüvvəyə minəcək.
Qeyd edək ki, Ferran Reverter ötən ilin iyulundan “Barselona”da çalışır.
- Fatih Tekke İSTEFA VERDİ
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
- “Fənərbaxça” – “Lion” matçından sonra gərginlik - 6 nəfər saxlanılıb
0
0