“Barselona”dan “Sevilya”ya keçir
08.05.2022 - 11:21
“Barselona”dan “Sevilya”ya keçir

“Barselona”nın müdafiəçisi Kleman Lanqle yayda komandasını dəyişməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, fransalı futbolçu buna baxmayaraq, karyerasını İspaniyada davam etdirə bilər.

Çünki “Sevilya” 26 yaşlı mərkəz müdafiəçisini mövsümün sonunda heyətinə cəlb etməyi planlaşdırır. Lanqle bir neçə Premyer Liqa klubunun diqqət mərkəzində olsa da, İspaniyada qalmağı üstün tutur. Bu üzdən “Sevilya” bu mübarizədə bir addım öndədir.

Qeyd edək ki, Kleman Lanqlenin “Barselona” ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.