“Barselona”dan 280 milyon avroluq müqavilə
08.02.2022 - 10:43
“Barselona”dan 280 milyon avroluq müqavilə

“Spotify” şirkəti Barselonanın yeni titul sponsoru olacaq.

Apasport.az saytının məlumatına görə, tərəflər növbəti mövsümdən qüvvəyə minəcək müqavilə imzalayacaqlar.

Kataloniya klubu yeni sponsorla 3 illik saziş bağlayacaq. Anlaşmaya əsasən, bu müddətdə La Liqa təmsilçisi “Spotify”dən 280 milyon avro alacaq. Şirkətin loqosu komandanın formalarında yerləşdiriləcək. Eyni zamanda “Spotify” “Kamp Nou”nun da adının hüquqlarını əldə edəcək.

Qeyd edək ki, “Barselona” “Rakuten”lə 2017-ci, “Beko” ilə 2014-cü ildən əməkdaşlıq edir.