“Barselona”dan Fransa klubuna qayıtmaq istəyir
19.02.2022 - 23:34
“Barselona”dan Fransa klubuna qayıtmaq istəyir

Memfis Depay mövsümün sonunda “Barselona”dan ayrıla bilər.

Apasport.az saytının məlumatına görə, Niderland millisinin üzvü baş məşqçi Xavi Ernandesin güvənmədiyi oyunçular sırasındadır.

Bu üzdən ulduz futbolçu komandasını dəyişmək fikrinə düşüb. O, sabiq komandası “Lion”la artıq əlaqə saxlayıb. 28 yaşlı forvard Liqa1 təmsilçisinə qayıtmaq arzusundadır. Memfis Kataloniya klubuna ötən ilin yayında məhz “Lion”dan azad agent kimi keçib. Onun ispanlarla müqavilə müddəti gələn ilin yayına qədərdir.

Qeyd edək ki, Memfis Depay bu mövsüm bütün turnirlərdə keçirdiyi 23 oyunda 8 qol vurub, 2 məhsuldar ötürmə verib.