“Barselona”dan ikinci hücumçu transferi
08.01.2022 - 18:00
“Barselona”dan ikinci hücumçu transferi

“Barselona” qış fasiləsində ikinci transferini həyata keçirib.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu “Ayntraxt”ın hücumçusu Fabio Blankonu heyətinə qatdığını açıqlayıb.

“Valensiya”nın yetirməsi bununla 6 aylıq fasilədən sonra yenidən vətəni İspaniyaya qayıdıb. 18 yaşlı forvard “Barselona” ilə 2,5 illik müqavilə imzalayıb. Anlaşmaya əsasən, İspaniyanın U-19 yığmasının üzvü əvvəlcə “Barselona”nın B komandasında çıxış edəcək.

Qeyd edək ki, “Barselona”nın qış dönəmində ilk transferi “Mançester Siti”nin hücumçusu Ferran Torres olub.