"Barselona"dan əvvəl sevgilisindən ayrıldı - FOTOSESSİYA
16.01.2020 - 12:05
"Barselona"dan əvvəl sevgilisindən ayrıldı - FOTOSESSİYA

"Barselona"nın futbolçusu Arturo Vidalın yaşıl meydanlarda olduğu kimi, şəxsi həyatında da işləri yolunda getmir.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, çilili yarımmüdafiəçi sevgilisi Sonya İsaza ilə ayrılıb.

Buna səbəb 32 yaşlı orta sahə oyunçusunun İspaniyanı tərk etməyə hazırlaşması göstərilib. Baş məşqçi postuna Kike Setyeni gətirən La Liqa təmsilçisi Vidalı ən geci mövsümün sonunda satmağı planlaşdırır.

Oyunçu özü isə İtaliyaya köçməyə, konkret olaraq "İnter"in formasını geyinməyə hazırlaşır. Futbolçunun bütün diqqətini məşqlərə və oyunlara kökləmək üçün, oyun performansını artırmaq üçün fitness fenomeni olan sevgilisindən ayrıldığı bildirilib. Cütlüyün instaqram səhifələrində bir-birlərini izləmədən çıxarmaları bu söz-söhbəti gücləndirir. Sosial şəbəkədə 3 milyondan çox izləyicisi olan kolumbiyalı İsazanın son günlər ayrılıqla bağlı musiqilər paylaşması da buna işarədir.

Qeyd edək ki, Arturo Vidal keçmiş həyat yoldaşı Maria Teresa Matuşu bir müddət əvvəl məhz Sonya İsaza ilə aldatdığı üçün onların 10 illik evliliyi başa çatmışdı.

0