“Barselona”dan yetirməsinə uzunmüddətli müqavilə təklifi
01.05.2022 - 00:02
“Barselona”dan yetirməsinə uzunmüddətli müqavilə təklifi

“Barselona” daha bir gənc futbolçusu ilə müqaviləni uzatmaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu yarımmüdafiəçi Niko Qonzaleslə danışıqlara başlayıb.

Rəhbərlik 20 yaşlı Nikonu qarşıdakı mövsümlərdə komandanın aparıcı siması kimi gördüyündən, onun sözləşməsini 2028-ci ilə qədər uzatmağı planlaşdırır. Futbolçunun hazırkı anlaşması 2024-cü ilin yayına qədərdir.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Niko Qonzales bu mövsüm 6 oyun keçirib.