“Barselona”nın Albaya alternativi
30.04.2022 - 12:51
“Barselona” “Selta”nın müdafiəçisi Xavyer Qalana elçi düşüb.
Apasport.az saytının məlumatına görə, Kataloniya klubu 27 yaşlı futbolçunun meneceri ilə ilkin danışıqlar da aparıb.
Klub rəhbərliyi sol cinah müdafiəçisinin ətrafındakılardan mümkün sövdələşməni öyrənib. “Barsa” 33 yaşlı Jordi Albaya layiqli əvəzləyici axtarır və hazırda Qalan bu yerə əsas namizəd sayılır. Klublar arasında yaxşı münasibətlər futbolçunun keçidini asanlaşdıra bilər.
Qeyd edək ki, “Selta”nın ötən il “Hueska”dan 4 milyon avroya aldığı Xavyer Qalan bu mövsüm 34 oyunda 3 məhsuldar ötürmə verib.
0
0