“Barselona”nın planı
10.05.2022 - 00:35
“Barselona”nın planı

Yay transfer pəncərəsində ən fəallardan olacaq “Barselona” artıq növbəti il üçün də plan qurur.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu Rafael Gerreronu 2023-cü ilin yayında heyətinə qatmağa qərar verib.

Dortmund “Borussiya”sının müdafiəçisi həmin vaxt azad agent statusu alacaq. 28 yaşlı futbolçunun müqaviləsinin bitməsini gözləyən “Barselona” xərcə düşmədən müdafiəçinin keçidini həll etməyi planlaşdırır.

Qeyd edək ki, futbolçu Bundesliqada cari mövsümün 22 matçında 4 qol vurub.