“Barselona”nın futbolçusu “Liverpul”un hədəfində
07.02.2022 - 13:57
“Barselona”nın futbolçusu Qavi karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin xidmətində “Liverpul” maraqlıdır.
Qavi İspaniya nəhəngi ilə müqaviləni yeniləməkdən imtina edib. 17 yaşlı futbolçunu təklif olunan şərtlər razı salmayıb. “Liverpul” onun daha yüksək maaş istəməsindən yararlanmaq istəyir.
Qeyd edək ki, Qavi cari mövsüm 27 matçda 2 qol vurub. Onun “Barselona” ilə anlaşması 2023-cü ilin yayında başa çatacaq.
- Fatih Tekkenin istefası qəbul edilmədi – “Trabzonspor”da qaldı
- Fatih Tekke İSTEFA VERDİ
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
0
0