“Barselona”nın hədəfi
12.02.2022 - 17:01
“Barselona”nın hədəfi

İspaniyanın “Barselona” klubunun cari mövsümdəki hədəfi bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu baş məşqçi Xavi açıqlayıb.

O bildirib ki, əsas hədəf La Liqada ilk pillədən birini tutmaqdır. İspaniyalı mütəxəssis Çempionlar Liqasına vəsiqə ilə kifayətlənməyəcəklərini də gizlətməyib: “Hədəf “Top-4”də yer almaqdır. Lakin heç nəyi istisna etmirik. Təəssüratlar getdikcə daha yaxşı olur. Nəticələr də gələcək”.

Qeyd edək ki, La Liqada 22 oyuna 38 xal toplayan “Barselona” turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.