“Barselona”nın həllini gözləyən problemi - Torresi qeydiyyatdan keçirə bilmir
07.01.2022 - 17:56
“Barselona” Fernan Torresin transferini qeydiyyatdan keçirməklə bağlı problemi həll edə bilmir.
Apasport.az saytının məlumatına görə, Filippe Koutinyonun “Aston Villa”ya keçidi bunun üçün yetərli olmayıb.
Düzdür, braziliyalı koronavirusa yoluxduğundan onun keçidi hələ rəsmiləşməyib. Lakin onun icarəyə verilməsi də Ferranın qeydiyyatı üçün kifayət etməyəcək.
Barselonalılar maaş cədvəlini limitə sığışdırmaq üçün digər oyunçularını da satmağı planlaşdırır. La Liqa təmsilçisi Samuel Umtiti və Yusuf Demirdən qurtulmaq niyyətindədir.
0
0