“Fənərbaxça” qış fasiləsində heyətini gücləndirmək niyyətindədir.
Apasport.az saytının məlumatına görə, Türkiyə klubu, xüsusən də, hücum xəttinə yeni oyunçu cəlb etməyi planlaşdırır.
“Sarı-lacivərdlilər” yanvarda “Sevilya”nın hücumçusu Luk de Yonqu transfer etməyə çalışır. Hazırda icarə əsasında “Barselona”da çıxış edən Niderland millisinin üzvü uğursuz çıxışla diqqət çəkir. Bu üzdən Kataloniya klubu qış fasiləsində onunla müqaviləyə xitam verəcək. “Sevilya”nın da saxlamaq istəmədiyi 31 yaşlı forvard üçün İstanbul təmsilçisi danışıqlara başlayıb.
Qeyd edək ki, Luk de Yonq “Sevilya”ya 2019-cu ildə PSV-dən keçib.