“Barselona”nın kapitanı üçün mövsüm bitdi
28.04.2022 - 15:23
“Barselona”nın müdafiəçisi Serxi Roberto yenidən zədələnib.
Apasport.az saytının məlumatına görə, vitse-kapitan zədəsini tam sağaltmamış növbəti dəfə xəsarət alıb.
Məşq zamanı zədələnən 30 yaşlı oyunçunun təxminən 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. Bu isə o deməkdir ki, Roberto üçün mövsüm bitib.
Qeyd edək ki, “Barselona” ilə müqaviləsi yaya qədər olan Serxi Roberto anlaşmanı daha 1 il müddətinə uzatmaqla bağlı ilkin razılığa gəlib.
0
0