“Barselona”nın müdafiəçisi əməliyyat olunacaq
12.05.2022 - 15:17
“Barselona”nın müdafiəçisi əməliyyat olunacaq

“Barselona”nın futbolçusu Erik Qarsia əməliyyat olunacaq.

Apasport.az saytının məlumatına görə, müdafiəçi sağ əlinin baş barmağından zədələnib.

Erik sabah əməliyyat olunacaq. Cərrahi müdaxilə zamanı klub həkimləri də onu müşayiət edəcək.

21 yaşlı ispaniyalının durumu əməliyyatdan sonra bəlli olacaq. Klub rəsmi açıqlamada onun son oyunlarda iştirakı barədə məlumat yayacaq.

Qeyd edək ki, Qarsia cari mövsüm 35 oyun keçirib.