“Barselona”nın planı
16.12.2021 - 17:53
“Barselona” Federiko Bernardeskini heyətinə qatmağı planlaşdırır.
Apasport.az saytının məlumatına görə, İspaniya nəhəngi yarımmüdafiəçinin “Yuventus”la müqaviləsinin bitməsini gözləyir.
Futbolçunun anlaşması yayda başa çatacaq. Barselonanın eyniadlı təmsilçisi Bernardeskini həmin vaxt azad agent kimi heyətinə qata biləcək.
Klub nümayəndələri futbolçunun agenti ilə müzakirələrə başlayıb. Tərəflər qarşıdakı həftə anlaşmanın detallarını müzakirə etməyi planlaşdırır.
Qeyd edək ki, Federiko cari mövsümdə 13 oyun keçirib.
0
0