“Barselona”nın prioriteti olan gənclər
14.02.2022 - 23:40
“Barselona”nın prioriteti olan gənclər

“Barselona” rəhbərliyi iki futbolçu ilə yeni müqavilə imzalamağı prioritet hesab edir.

Apasport.az saytının məlumatına görə, bunlar müdafiəçi Ronald Arauxo və yarımmüdafiəçi Qavidir.

Hər iki gənc oyunçunun sözləşməsi gələn ilin yayında başa çatır və bir sıra Avropa klubları onların xidmətində maraqlıdır. Arauxo ilə Qavi komandada qalmaq istəyir. Ancaq yalnız komandadakı yeni rollarını ədalətli şəkildə əks etdirəcək müqavilə tələb edirlər.

Qeyd edək ki, 22 yaşlı Arauxo 2018-ci ildə “Barselona”ya keçib. Uruqvaylı bu mövsüm bütün turnirlərdə 26 oyuna çıxıb, 3 qol vurub. 17 yaşlı Qavi isə “Betis”də kəşf olunub, 2015-ci ildə “Barselona” akademiyasına cəlb olunub. İspaniyalı yarımmüdafiəçi cari mövsüm 28 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə verib.