“Barselona”ya məmnuniyyətlə qayıdaram” – sabiq futbolçusu
15.02.2022 - 22:49
“Barselona” daha bir sabiq futbolçusunu geri qaytara bilər.
Apasport.az saytının məlumatına görə, uzun fasilədən sonra İspaniya klubuna qayıdan Dani Alvesin ardınca Andres İnyesta da eyni addımı ata bilər.
Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edən 38 yaşlı yarımmüdafiəçi “Barselona”ya dönmək istədiyini açıqlayıb: “Barselona”ya məmnuniyyətlə qayıdaram. Bu komandaya kömək etmək istəyirəm. Gələcəkdə nə baş verəcəyini demək çətindir. “Barsa” evimdir və heç yerdə mənim üçün ordakı qədər yaxşı ola bilməz”.
Qeyd edək ki, İnyesta 2002-18-ci illərdə “Barselona”nın şərəfini qoruyub.
0
0