“Bavariya” Levandovskini satmağa razılaşdı
12.05.2022 - 16:37
“Bavariya” Robert Levandovski ilə bağlı qərarına yenidən baxacaq.
Apasport.az saytının məlumatına görə, polşalı hücumçunu satmaq fikrindən uzaq olan klub rəhbərliyinin mövqeyi yumşalıb.
Münhenlilər forvardla bağlı təklifləri nəzərdən keçirməyə razılıq verib. Almaniyalılar Robertin gedişinin komandaya hətta müsbət təkan verəcəyi qənaətindədir. Çünki Levandovskinin yoxluğunda bütün hücum bir oyunçunun üzərində qurulmayacaq.
“Bavariya”nın yeni müqavilə təklifindən imtina edən polşalı İspaniyada oynamaq niyyətindədir. O, “Barselona”ya keçməyi arzulayır.
0
0