“Bavariya” Tolisso ilə bağlı qərarını verdi
13.02.2022 - 22:54
“Bavariya” Tolisso ilə bağlı qərarını verdi

“Bavariya” daha bir futbolçusu ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, müdafiəçi Niklas Süle ilə yayda yollarını ayıracaq Münhen təmsilçisi yarımmüdafiəçi Korentin Tolissonun qalmasında maraqlıdır.

Hücumçu Serj Qnabri ilə hələ də yeni müqavilə məsələsində ortaq məxrəcə gələ bilməyən Bundesliqa təmsilçisi paralel olaraq Tolisso ilə danışıqlara başlayıb. Rəhbərlik sözləşməsi mövsümün sonuna qədər olan 27 yaşlı fransalı ilə indidən yeni müqavilə imzalamaq fikrindədir. 

Qeyd edək ki, “Lion”un gündəmində olan Tolisso bu mövsüm Bundesliqada 11 oyuna çıxıb, 2 qol vurub.