“Bavariya” üzərində tarixi qələbə
08.01.2022 - 10:22
“Bavariya” üzərində tarixi qələbə

Almaniya Bundesliqasının XVIII turunda “Bavariya”nın qonağı olan Mönhenqladbax "Borussiya"sı səfərdən 2:1 hesablı qələbə ilə dönüb.

Apasport.az saytının məlumatına görə, bu, “Borussiya”nın yeni rekorda imza atmasına səbəb olub.

Çünki komanda tarixində 27-ci dəfə “Bavariya”nı məğlub edib ki, indiyə qədər heç kim Münhen klubuna bu qədər qalib gəlməyib. Buna qədər rekord 26 qalibiyyətlə “Verder”ə məxsus olub.

Qeyd edək ki, hazırda “Bavariya” 43 xalla 1-ci, “Borussiya” isə 22 xalla 11-ci pillədə qərarlaşır.