“Bazel” - “Qarabağ” matçına qadın hakim təyinatı
07.12.2021 - 13:03
“Bazel” - “Qarabağ” matçına qadın hakim təyinatı

“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsində son matçının hakimləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, UEFA Azərbaycan təmsilçisinin İsveçrədə “Bazel”lə keçirəcəyi matçı Xorvatiyadan olan hakimlər briqadasına həvalə edib.

Dekabrın 9-da “Sankt-Yabok Park”da baş tutacaq qarşılaşmada Fran Yoviç ədaləti qoruyacaq. Ona Xrovye Radiç və Luka Puşiç kömək edəcək. Bakı vaxtı ilə saat 00:00-da start götürəcək görüşdə 4-cü hakim funksiyasını qadın ədalət təmsilçisi İvana Martinçiç yerinə yetirəcək. 

Qeyd edək ki, son tur öncəsi aktivində 11 xal olan hər iki komanda pley-offa vəsiqəni təmin edib. “Qarabağ” qrupu birinci pillədə tamamlamaq üçün səfərdə qalib gəlməlidir.