“Beşiktaş” tarixin “üçüncüsü” adına şərik çıxdı
08.12.2021 - 09:15
“Beşiktaş” tarixin “üçüncüsü” adına şərik çıxdı

“Beşiktaş” Çempionlar Liqasının qrup mərhələsini xalsız başa vurub.

Apasport.az saytının məlumatına görə, Türkiyə çempionu yarışın tarixində 3-cü ən zəif nəticəyə şərik olub.

İstanbul təmsilçisi qrupu “-16” top fərqi ilə yekunlaşdırıb. 2006/07 mövsümündə “Levski”, 2010/11 mövsümündə “Jilina” eyni nəticə ilə xalsız qalıb.

Tarixdə xal toplamayanlardan yalnız iki komanda daha uğursuz olub. 2002/03 mövsümündə Moskva “Spartak”ının top fərqi “-17” olubsa, 2011/12 mövsümündə Zaqreb “Dinamo”su antirekroda imza atıb – “19”.