“Beşiktaş” ulduz futbolçusunu göndərir
09.12.2021 - 14:51
“Beşiktaş” ulduz futbolçusunu göndərir

“Beşiktaş” yarımmüdafiəçisi Miralem Pyaniçlə yollarını ayıracaq.

Apasport.az saytının məlumatına görə, Türkiyə klubu ulduz futbolçunu müqavilə ilə məxsus olduğu “Barselona”ya qaytaracaq.

Yayda icarəyə götürülən Bosniya və Herseqovina millisinin üzvü tez-tez zədə problemi yaşadığı üçün “ağ-qaralar”a lazımi köməyi göstərməyib. İstanbul klubu qış fasiləsində icarə müqaviləsinə xitam vermək niyyətindədir.

Qeyd edək ki, Miralem Pyaniç “Beşiktaş”ın heyətində keçirdiyi 11 oyunda 4 məhsuldar ötürmə verib.