“Beşiktaş” yeni transferinə 30 milyon avro qiymət qoydu
05.05.2022 - 17:28
“Beşiktaş” yeni transferinə 30 milyon avro qiymət qoydu

“Beşiktaş” mövsümün sonunda heyətinə cəlb edəcəyi Gedson Fernandeşi qısa müddətdə sata bilər.

Apasport.az saytının məlumatına görə, yayda “Benfika”dan 6 milyon avro qarşılığında İstanbul klubuna keçəəck portuqaliyalı yarımmüdafiəçi bir neçə klubun maraq dairəsindədir.

Hazırda icarə əsasında “Çaykur Rizespor”da çıxış edən 23 yaşlı pleymeykerə olan diqqəti nəzərə alan “Beşiktaş” rəhbərliyi onun qiymətini müəyyənləşdirib. Fernandeşi transfer etmək istəyən 30 milyon avrosundan keçməli olacaq. Klublar arasındakı razılığı əsasən, növbəti transfer zamanı məbləğin 50 faizi “Benfika”ya çatacaq.

Qeyd edək ki, Gedson Fernandeş ötən ilin ilk 6 ayını icarə əsasında “Qalatasaray”da keçirib.