“Beşiktaş”da daha 4 yoluxma
07.01.2022 - 10:48
“Beşiktaş”da daha 4 yoluxma

“Beşiktaş”da daha bir neçə koronavirusa yoluxma aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, konkret olaraq 4 nəfərin testinin pozitiv çıxdığı açıqlanıb.

Onlardan biri baş məşqçi əvəzi Önder Karaveli, digər üçü isə futbolçudur. Həmin şəxslər protokola uyğun olaraq karantinə alınıb və müalicələrinə başlanılıb. Bu isə o deməkdir ki, İstanbul təmsilçisi çempionatın bir neçə matçını baş məşqçisiz keçirəcək. Komanda yanvarın 9-da Super Liqanın XX turu çərçivəsində “Rizəspor”un qonağı olacaq.

Qeyd edək ki, bir neçə gün əvvəl “Beşiktaş”ın yarımmüdafiəçisi Raşid Qezzal da koronavirusa yoluxub.