Uğursuz mövsüm keçirən “Beşiktaş” mövsümün sonunda heyətində köklü islahatlar aparacaq.
Apasport.az saytının məlumatına görə, Türkiyə klubu yayda ən azı 10 futbolçusu ilə yollarını ayırmağı planlaşdırır.
Bununla maaş büdcəsini 35 milyon avrodan 20 milyona endirəcək “ağ-qaralar” yeni transferlər üçün yer açmış olacaq. İstanbul təmsilçisinin yay transfer hədəfləri də artıq məlumdur.
Rəhbərlik Anderson Taliska (“Əl-Nassr”), Aleksander Sörlot (“Leypsiq”), Cenk Tosun (“Everton”), Halil Dervişoğlu (“Brentford”) və Ferdi Kadıoğlunu (“Fənərbaxça”) heyətinə cəlb etməyin planlarını qurur. Adıçəkilən futbolçuların bəziləri ilə artıq danışıqlara başlanılıb.
Qeyd edək ki, “Beşiktaş” Super Liqada 26 turdan sonra 41 xalla 6-cı pillədə qərarlaşır.