“Beşiktaş”ın müdafiəçisinə A seriyasından təklif
29.04.2022 - 15:31
“Beşiktaş”ın müdafiəçisinə A seriyasından təklif

“Beşiktaş”ın futbolçusu Ridvan Yilmaz İtaliya A seriyasından təklif alıb.

Apasport.az saytının məlumatına görə, sol cinah müdafiəçisi “Torino”nun hədəfindədir.

Turin klubu 20 yaşlı istedad üçün 4,5 milyon avro və bonuslar kimi 1 milyon təklif edib. Üstəlik oyunçunun gələcək transferindən də 20 faiz İstanbul klubuna çatmalı idi.

Lakin “Beşiktaş” bu şərtlərlə razılaşmayıb. Klub rəhbərliyi yenilənmiş şərtləri nəzərdən keçirə biləcəyini bildirib.