“Bizə kömək lazımdır” – Klopp
20.12.2021 - 22:18
“Bizə kömək lazımdır” – Klopp

“Çərşənbə, bazar, çərşənbə axşamı oyunlarımız var. Bu, mümkün deyil”.

Apasport.az saytının məlumatına görə, bunu “Liverpul”un baş məşqçisi Yurgen Klopp deyib.

Premyer Liqanın təqvimindən növbəti dəfə şikayətlənən almaniyalı yardım istəyib: “Bizim bu qədər futbolçumuz yoxdur. Ola bilsin ki, komandada 1-2 nəfər də yoluxan var. Liqa kubokunda ikinci oyunları yığışdırmaq lazımdır. 26-da və 28-də oyunların keçirilməsi real deyil. Biz oynamaq istəyirik, amma bizə kömək lazımdır. Davam etsək, adi qaydada oynaya bilməyəcəyik. Əgər mövsümü dayandırsalar və oyunlar olmasa, buna normal yanaşaram. Amma bilirəm ki, bu oyunların sonradan nə zaman keçirilməsi problemi var. Təqvim koronovirusun yayılmasından əvvəl də sıx idi, indi lap çətin oldu”.