“Borussiya” Halanda əvəzləyici tapdı
05.05.2022 - 22:24
“Borussiya” Halanda əvəzləyici tapdı

Dortmund “Borussiya”sı komandadan gedəcək Erlinq Halanda əvəzləyici tapıb.

Apasport.az saytının məlumatına görə, Almaniya klubu noveçli futbolçunun gedişindən sonra ulduz hücumçu alacaq.

“Borussiya” rəhbərliyi Paulo Dibalanı heyətinə qatmağa qərar verib. “Yuventus”la müqaviləsi yayda başa çatacaq argentinalı azad agent statusu alacaq. İngiltərə klublarının da maraq dairəsində olan forvardla danışıqlar yaxın müddətdə başlayacaq.

Qeyd edək ki, Dibala cari mövsüm A seriyasında keçirdiyi 26 oyunda 9 qol vurub.