“Borussiya” danışıqlara başladı – “Bavariya”nın müdafiəçisi ilə
07.02.2022 - 23:23
“Borussiya” danışıqlara başladı – “Bavariya”nın müdafiəçisi ilə

“Bavariya”nın futbolçusu Niklas Zülenin karyerasını davam etdirə biləcəyi klub müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Dortmund “Borussiya”sı müdafiəçi ilə danışıqlara başlayıb.

Mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçu yeni klubuna azad agent statusu ilə qoşulmaq imkanına malikdir. Manuel Akanci ilə 2023-cü ilin yayında bitəcək anlaşmanı uzada bilməyən “Borussiya” bu üzdən Niklasın keçidində israrlıdır.

Qeyd edək ki, Züle 2017-ci ildə “Hoffenhaym”dan “Bavariya”ya keçib.