“Borussiya”dan Halanda cəlbedici maaş təklifi
11.01.2022 - 15:00
Dortmund “Borussiya”sı hücumçusu Erlinq Halandı heyətində saxlamağa çalışır.
Apasport.az saytının məlumatına görə, Almaniya klubunun rəhbərliyi norveçli forvarda cəlbedici təklif hazırlayıb.
Bundesliqa təmsilçisi Halandin maaşını ciddi şəkildə artırmağı planlaşdırır. Erlinqin illik məvacibinin 20 milyon avrodan artıq olacağı gözlənilir.
Qeyd edək ki, tərəflər danışıqlar üçün bu həftə bir araya gələcək.
0
0