“Borussiya”dan Vitsel qərarı
13.05.2022 - 22:52
“Borussiya”dan Vitsel qərarı

Aksel Vitsel mövsümün sonunda Dortmund “Borussiya”sını tərk edəcək.

Apasport.az saytının məlumatına görə, bunu Almaniya klubunun mətbuat xidməti açıqlayıb.

Belçikalı yarımmüdafiəçi ilə müqavilənin uzadılmaması barədə qərar qəbul olunub. Anlaşması başa çatan 33 yaşlı futbolçu azad agent statusu alacaq.

Qeyd edək ki, Vitsel 2018-ci ildən “Borussiya”nın formasını geyinir.