“Borussiya”nın futbolçusuna Premyer Liqadan daha bir iddiaçı
04.01.2022 - 00:52
“Borussiya”nın futbolçusuna Premyer Liqadan daha bir iddiaçı

Mönhenqladbax “Borussiya”sının futbolçusu Denis Zakaria daha bir klubun maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, “Aston Villa” yarımmüdafiəçini transfer etmək istəyir.

25 yaşlı isveçrəli futbolçunun müqaviləsi mövsümün sonunda başa çatacaq. Zakaria anlaşmanı uzatmaq istəmədiyi üçün “Borussiya” onu satmaqda maraqlıdır.

“Aston Villa” Denisi heyətində görmək istəyən yeganə İngiltərə klubu deyil. “Liverpul”, “Lester”, “Arsenal” və “Everton”da onun keçidini həll etməyə çalışır.

Qeyd edək ki, Zakaria 2017-ci ildə “Yanq Boyz”dan “Borussiya”ya keçib.